"Rəy sorğusunun nəticələri gerçəkliyi əks etdirir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Rəy Monitorinq Mərkəzinin keçirdiyi sorğuya əsasən xalqın böyük əksəriyyətinin Prezident İlham Əliyevi dəstəkləməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, həqiqətən də, cənab Prezident İlham Əliyev 2003-cü ildən ötən müddət ərzində ildən-ilə nüfuzu daim yüksəlməkdə davam edən böyük dövlət xadimidir: "Bunun səbəbini qısa olaraq cavablandırmaq çətindir, geniş təhlil tələb edir. Ancaq fikrimcə, İlham Əliyevin xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənməsinin başlıca səbəbi dövlət başçısının yürütdüyü siyasətin xalqa yönəlik olması ilə bağlıdır. Dövlət başçımızın siyasətinin ali məqsədi Azərbaycan vətəndaşıdır. Ölkədə nə edilirsə, Azərbaycan vətəndaşının həyat şəraitinin yaxşılaşdırılması, bu gün dünənkindən, sabah bu günkündən yaxşı yaşanması üçün edilir. Ölkə başçısı sözü və işi bir olan, səmimi, vətəndaşlara açıq bir dövlət adamıdır. O, uğurlu xarici siyasət yürüdən dövlət adamıdır. Cənab Prezidentimizin sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazda daxili və xarici siyasətində tam müstəqil olan bir dövlətdir. İlham Əliyev qədim və zəngin tariximizdə bir çox ilklərə imza atmış və atmaqda davam edən, millətimizin və dövlətimizin başını uca edən Prezidentdir. Xalq bütün bunları görür və düzgün qiymətləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB