Rusiyaya qarşı tədbiq edilən sanksiyaların müddəti 2016-cı ilin sonuna qədər uzadıldı

Rusiyaya qarşı tədbiq edilən sanksiyaların müddəti 2016-cı ilin sonuna qədər uzadıldı

Avropa Birliyi Şurası Rusiyaya yönəlik sanksiyaların 2016-cı ilin sonuna qədər uzadılmasına dair qərar verdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Krımın Rusiyaya bağlanmasını və Şərqi Ukraynada yaşanan vətəndaş müharibəsini səbəb göstərən Avropa Şurası xarici işlər nazirləri Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaları altı ay daha uzadıb. Belə ki, Lüksemburqda baş tutan Avropa Şurası konfransında sanksiyaların 31 Yanvar 2016-cı ilə qədər uzadılması istiqamətində qərar çıxarılıb.

Qeyd edək ki, AB Rusiyaya yönəlik sanksiyaları 1 Avqust 2014-cü ildən tətbiqə başlamış və sentyabr ayında sanksiyaları daha da genişləndirmişdi. Müdafiə, enerji və maliyyə sahələrini əhatə edən sanksiyalardan dolayı Rusiya və AB ölkələri ciddi itkilər verdi. Bundan başqa rus şirkətlərinin beynəlxalq maliyyə bazarlarına yönəlik uzun müddətli kreditləri də əngəllənib. Rusiya isə sanksiyalara cavab olaraq Qərb ölkələrindən qida idaxlını dayandırdı. Son proqnozlara görə Rusiyaya qarşı tədbiq olunan sanksiyaların qarşısı alınarasa, o zaman qida embarqosu da aradan qalxacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə