Elçin Mirzəbəyli: “Qeyri-qanuni seperatçı rejim formalaşdırılıb" AÇIQLAMA

Elçin Mirzəbəyli: “Qeyri-qanuni seperatçı rejim formalaşdırılıb" AÇIQLAMA

"İki gündür İrəvanda işə başlayan NATO Parlament Assambleyasının 89-cu "Rose-Roth" seminarında ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Ermənistana yönəlik fikirləri əvvələr də mövcud olub. Sadəcə olaraq onun həmin dövrdəki statusu bu istiqamət üzrə danışmasına imkan vermirdi". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli açıqlamasında deyib.

Siyasi şərhçinin sözlərinə görə, problemin kökü ondadır ki, Azərbaycan heç zaman bir prinsip məsələsini önə çəkməyib: "Azərbaycan hər üç prinsipi önə çəkib və mövqeyini ortaya qoyub. Bu, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin dəyişilməzliyi, xalqların öz müqəddəratının həlli məsələsidir və problemin sülh yolu danışıqlar vasitəsi ilə həllidir. Xalqların öz müqəddəratının təyin edilməsi prinsipi indiki şəraitdə heç bir halda dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı məsələsinin üzərinə kölgə salmır. Əlavə erməni xalqı öz müqəddəratını təyin edib və onun faktiki olaraq öz dövləti var. İkincisi, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub və həmin işğal olunmuş ərazilərdə qeyri-qanuni seperatçı rejim formalaşdırılıb. Bunu ağlı başında olan bütün hüquqşünaslar və siyasətçilər başa düşürlər. Bu baxımdan da Azərbaycan bu məsələ ilə bağlı eyni mövqe ortaya qoyub. Sabiq həmsədr isə görünür məsələni tamamilə fərqli istiqamətə çəkmək istəyir. Beləcə Helsinki Yekun Aktına hüquqi müstəvidə deyil, əksinə özünün hansısa subyektiv fikirlərinə görə qiymət verməyə çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə