"I Avropa Oyunlarının Açılış Mərasiminə xərclənən məbləğ 100 milyon manatdan çoxdur". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, bu, təxmini rəqəmdir tam məbləğ Oyunlar başa çatdıqdan sonra keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Nazir Avropa Oyunlarında Avropa ölkələrinin liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə yazılan yazılara da münasibət bildirib: "Avropa Oyunlarında Avropa ölkələrinin liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə verilən məlumatlar yanlışdır. Xüsusilə diqqətinizə çatdırım ki, Açılış mərasimində Avropa ölkələrinin liderləri yüksək səviyyədə təmsil olunub. Tədbirdə İsveçrə, Böyük Britaniya, İtaliyadan dövlət rəsmiləri iştirak ediblər. Onu da deyim ki, mərasimdə Avropa və Azərbaycan mədəniyyəti tarazlı şəkildə uğurla təqdim olunub. Azərbaycan mədəniyyətinin, musiqisinin və rəqsinin dünyaya layiqincə çatdırılması sevindirici haldır".
A.Rəhimov 5 minə yaxın jurnalistin akreditasiyadan keçdiyini söyləyib: "Hər hansı jurnalistin akreditasiya müraciəti ölkənin qaydalarına görə cavablanır. Ölkənin işğal olunmuş ərazilərinə səfər edənlərin akreditasiyası qəbul edilmədi. Jurnalistlərin akretidasiyasına təkcə Əməliyyat Komitəsi qərar vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB