"I Avropa Oyunları ölkələri, xalqları bir araya gətirən möhtəşəm idman bayramı kimi dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq". Bunu SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, idmanın və Olimpiya hərəkatının dəstəklənməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir: "Bu mənada Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə olaraq qəbul edilən I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq və Avropa Olimpiya hərəkatına sadiqliyinin, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində etdiyi təcrübəyə və uğurlara verilən yüksək dəyərdir".
Fərid Şahbazlı vurğulayıb ki, bu oyunların Bakıda keçirilməsi, yerli və beynəlxalq ictimaiyyət tərəfindən fəal şəkildə dəstəklənir: "Azərbaycan olduqca qısa bir müddət ərzində Avropa Oyunları kimi mötəbər idman tədbirinin həyata keçirilməsi üçün lazım olan bütün hazırlıqları ən yüksək səviyyədə reallaşdırmaqla özünün möhkəm siyasi iradəsini və böyük iqtisadi gücünü göstərdi. Təsadüfi deyil ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları bugün dünya gündəminin ən əhəmiyyətli mövzularındandır. Avropa Oyunlarının məşəli artıq Azərbaycanın bütün bölgələrini gəzərək xalqa bu Oyunların ruhunu çatdırdı. Son olaraq Prezident İlham Əliyevin "Bakı -2015"in məşəlini qəbul etməsi bütün millətimizə qürur hissləri yaşatdı".
İGİB sədri eyni zamanda bəzi Qərb dairələri tərəfindən həyata keçirilən və ölkəmizə təzyiq xarakteri daşıyan anti-Azərbaycan kampaniyasının heç bir nəticə verməyəcəyinə də diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB