"Azərbaycanda Avropa Oyunlarının başlanmasına 1 gün qalıb. Sabah dünyanın 49-a yaxın ölkəsindən gəlmiş idmançıları Bakı şəhəri qəbul edəcək. Bu, çox gözəl duyğudur". Bu sözləri SİA-ya açıqlamasında "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib.
O qeyd edib ki, Avropa Oyunları sülh və barışın rəmzidir. Çünki, idman həmişə gözəllik və sağlamlığı təbliğ edib: "Bir azərbaycanlı, Azərbaycan vətəndaşı, gənci olaraq fəxr edirəm ki, bizim ölkəmizdə belə bir idman yarışı keçirilir. Azərbaycan Avropanın bir parçasıdır. Bu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii haldır. Hamımız bu oyunların açılışında iştirak edəcəyik. İdman sülh, barışdır, insanları bir –birinə yaxınlaşdıran ən böyük amillərdən biridir, idman həm gözəllik, həm də sağlamlıqdır. İnanıram ki, Azərbaycana gəlmiş idmançılar və turistlər ölkəmizi daha da yaxından tanıyacaq və daha çox sevəcəklər".
Çingiz Bayramov onu da vurğuladı ki, Azərbaycana qarşı çıxan ölkələr bu gün Avropa Oyunlarının keçirilməsinə etiraz edirlər. Təəssüf ki, kənar qüvvələrə daxildən də dəstək verənlər var. Bütün bunlara baxmayaraq, Avropa Oyunları bayram əhval – ruhiyyəsi ilə keçiriləcək: "Təəssüf ki, bizi istəməyən qüvvələr və dövlətlər var. Azərbaycanda keçiriləcək bu idman yarışına kölgə salmaq istəyirlər. Avropa Parlamentinin boş bəyanatları nəticəsiz qalacaq. Təəssüf ki, bizim içimizdə kənar küylərə uyanlar var. Mən həmin azərbaycanlıları görəndə həqiqətən utanıram. Bu adı uca tutmaq lazımdır. Hər bir azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycançılıq onun ideoloji qaynağı olmalıdır və belədir. Mən kənar qüvvələrə onu demək istəyirəm ki, idman siyasət deyil ki, ona kölgə salırsınız. Bütün bu manelərə baxmayaraq, mən bizim idmançılara uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB