Türkiyə Baş naziri Əhməd Davudoğlu başçılığındakı 62-ci hökumətin istefası rəsmi qəzetdə dərc edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi qəzetdə dərc olunan xəbərdə Davudoğlu yeni hökumətin yaradılması üçün başçılıq etdiyi 62-ci hökumətin istefa verdiyini Prezidentə çatdırıb. Rəsmi qəzetdə belə ifadə olunub: "7 İyun 2015-ci il tarixində keçirilən parlament seçkilərinin nəticələrinə görə yeni hökumətin təşkil edilməsi üçün, 62-ci Türkiyə Respublikası Hökumətinin istefasını qəbul etməyinizi xahiş edirəm".
Prezident Rəcəb Tayyib Ərdoğan isə artıq 62-ci hökumətin istefasını qəbul edib və Davudoğlundan yeni hökumət qurulana qədər baş nazirlik vəzifəsinə davam etməsini istəyib. Türkiyə Prezidenti Ərdoğanın baş nazir Davudoğluna cavab olaraq yayımladığı rəsmi yazısında isə belə qeyd olunur: "Türkiyə Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefası qəbul edilib. Bu günə qədər etdiyini xidmətlər üçün təşəkkür edirəm, yeni hökumət qurulana qədər vəzifəyə davam etməyinizi xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB