Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gəlir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti 12 iyunda Bakıda olacaq.
12-13 iyun tarixlərində baş tutacaq səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mərasimlərə qatılacaq. Ölkə liderlərinin ikitərəfli danışıqlar aparması da nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə I Avropa Oyunlarında 19 idman növündə 192 idmançı ilə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB