ASDP sədrindən “Avropa dəyəri” AÇIQLAMASI

Araz Əlizadə: “Yaxın zamanlarda təmiz avropalı tapsalar, muzeyə qoyacaqlar”
ASDP sədrindən “Avropa dəyəri” AÇIQLAMASI

"Avropaya inteqrasiya üçün Avropa Birliyinin, Avropa Parlamentinin öz şərtləri var". Bu fikirləri SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ənənəvi müxalifət liderlərinin Azərbaycan hakimiyyətinin Avropa dəyərlərini qəbul etməməsi ittihamlarına cavab olaraq deyib.

ASDP sədri bunu mərhələlərə bölərək deyib ki, əslində, AXCP-nin Müsavatın və s. kimi partiyaların "Avropa dəyəri" ətrafındakı fikirləri Azərbaycan xalqı tərəfindən qəbul edilə bilməz: "Birincisi, eynicinslər evlənə bilərlər, ikincisi parlamentdə cinsi azlıqlara yer ayırmaq, üçüncüsü isə gey paradlara icazə vermək lazımdır. Düşünürəm ki, bunlar hamısı bizim radikal müxalifətə uyğun olanlardır. Ona görə də onlar həmin Avropa dəyərlərini axtarırlar".

Araz Əlizadə hesab edir ki, bu kimi dəyərsiz, mənəviyyatsız tələblərdə bulunmaq yerinə, normal dəyərlərə önəm vermək daha vacibdir: "Mənim fikrimcə, Avropa dəyərləri savad, mədəniyyət, davranış, adət-ənənəyə hörmətdir. Bunların heç biri bizim radikal müxalifətdə yoxdur. Onların özlərinə yaraşan Avropa dəyərləri var!"

ASDP sədri Avropa Parlamentinin rəsmisi Lunaçekin Azərbaycan dövlətinə qarşı qərəzli mövqeyinə, onun mövqeyinin müxalifət tərəfindən dəstəklənməsinə də münasibət bildirib. Araz Əlizadə Lunaçekin cinsi azlıq nümayəndəsi olduğunu xatırladıb və onun kimi Avropada bir çox şəxslər olduğunu deyib: "Təkcə Lunaçek deyil. Xüsusi fondlar tərəfindən cinsi azlıqlar maliyyələşirlər ki, onlar da bir sıra nüfuzlu dövlətlərin parlamentlərinə qədər gedib çıxıblar. Bu, insanlıq üçün böyük təhlükədir. Düşünürəm ki, belələri öz oyunları ilə Avropa dəyərlərinə son qoyacaqlar. Hətta yaxın zamanda təmiz avropalı tapsalar, muzeyə qoyacaqlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə