Tural Abbaslı: “Vəsiqələrin verilməsində məhkəmə predmeti labüddür” AÇIQLAMA

Tural Abbaslı: “Vəsiqələrin verilməsində məhkəmə predmeti labüddür” AÇIQLAMA

"Müsavat partiyasında mühacir vəsiqələrinin verilməsində məhkəmə predmetinin olması yəqin ki, labüddür". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.

Tural Abbaslı qeyd edib ki, partiya belə bir sənəd vermədiyini iddia edir: "Bu da o deməkdir ki, partiyanın sənədləri saxtalaşdırılıb. Əgər belədirsə, o zaman Müsavat partiyası bu məsələnin hüquqi zəmində araşdırılması və qiymət verilməsində maraqlı olmalıdır. Ümumiyyətlə mən bir müsavatçı kimi bu məsələnin çox ciddi və şəffaf araşdırılmasının tərəfdarıyam. Təbii ki, bu araşdırmanın nəticələri də ictimailəşdirilməlidir".

Keçmiş Divan üzvü parlament seçkilərinə Müsavat partiyasının hazırladığı siyahıya da münasibətini bildirərək qeyd edib ki, yaxın zamanlarda bu barədə mən təklifimi irəli sürməyi düşünürəm: "İnanmıram ki, parlament seçkiləri zamanı siyahıların hazırlanmasında inciyənlər olmasın. Çünki partiyada vəziyyət heç də ürəkaçan deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə