Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Litvanın Vilnus şəhərində keçirilən "Erasmus plus" proqramı çərçivəsində "İnstitute for Policy Research and Analysis təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığında gənclər siyasəti inkişafının növbəti addımları" seminarında iştirak edib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan nümayəndəsi ilə yanaşı Ukrayna, Belarusiya, Latviya, Litva, Gürcüstan, Moldova, Ermənistan ölkələrinin nümayəndələri iştirak edib. Seminar gənclərin iştirakı ilə birgə əməkdaşlığın gücləndirilməsi, gənclərin iş sistemlərinin inkişafı və məşğulluğun dəstəklənməsi məqsədi ilə həyata keçirilib. Seminarın ilk günü iştirakçılara seminarın məqsədi, vəzifələri haqqında, həmçinin Şərq Tərəfdaşlığı Gənclər Forumunun nəticələri, milli gənclər siyasəti haqqında məlumat verilib və iştirakçıların gözləntiləri müəyyən olunub. Tədbir çərçivəsində Litva Parlamentinin millət vəkili Vytautas Kopys ilə görüş təşkil olunub. Görüşdə Millət vəkili Vytautas Kopys ilə Şərq tərəfdaşlığı proqramı ölkələrinin gənclər siyyasəti haqqında müzakirələr aparılıb. Daha sonra Vilnus şəhərinin İcra hakimiyyətinin bir sıra məsul şəxsləri ilə görüş keçirilib. Həmçinin, Litvanın Sosial Müdafiə Nazirliyində Nazirliyin vitse prezidenti və Nazirliyinin daxilində gənclər departamentinin rəhbəri ilə görüş keçirilib. 7 gün davam edən tədbir ərzində iştirakçılar arasında gənclərlə bağlı bir sıra müzakirələr aparılıb.
ARGTMŞ-ın nümayəndəsi tərəfindən Azərbaycanın gənclər siyyasəti eləcə də, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində faəliyyəti haqqında təqdimatı keçirilib. Tədbir zamanı iştirak edən ölkələrinin mədəniyyət gecəsi keçirilib. Mədəniyyət gecəsində Azərbaycanı təmsil edən gənclər tərəfindən Azərbaycanın milli mətbəxi, mədəniyyəti, milli rəqsləri digər iştirakçılara nümayiş olunub. Tədbirin sonunda iştirakçılar təşkilatçılar tərəfindən sertifikatla təltif olunub.


.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB