Çingiz Qənizadə: "Uduzan Avropa olacaq"

“Anti-Azərbaycan kampaniyası aparan qüvvələrlə əməkdaşlıq məsələsinə bir daha baxmalı olacağıq”
Çingiz Qənizadə: "Uduzan Avropa olacaq"

Millət vəkili Çingiz Qənizadənin SİA-ya müsahibəsi

- Çingiz müəllim, Avropa Parlamentinin nümayəndəsi Martın Şults iyunun 10-da "İdman və insan hüquqları" mövzusunda dinləmələr təşkil edib, idmanı siyasiləşdrməyi planlaşdırır. Bu şəxsin və ümumyyətlə onunla eyni mövqedə çıxış edənləırin dövlətmzə qarşı qərəzi nədən irəli gəlir?

- Artıq biz də, məlumatlıyıq ki, belə bir uydurma dinləmə olacaqdır. Amma bu dinləmənin hansı səviyyədə yəni, Avropa İttifaqının adından yoxsa hansısa bir komissiyanın adından olacaqını iyunun 10-da məlum olacaqdır. Ümumiyyətlə, dövlətləri özündə birləşdirən bir beynəlxalq təşkilatın binasında hər hansı bir dövlətə qarşı və o dövlətə qarşı ki, Avropa ilə əməkdaşlıqa hazırdır, demokratik dəyərlərə üstünlük verir, işğalçı deyil, bloklara qoşulmayıb yəni, belə bir dövlətə qarşı bu cür addımların atılması həmin quruma baş ucalığı gətirə bilməz. Təəccüblüdür ki, bu qurum onlara nəinki, şərait yaradır, hətta dəstək olur, imkan yaradır və özləri də buna qoşulurlar. Bu da çox təəssüfedici bir haldır. Düşünürəm ki, bu anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Bildiyiniz kimi, bizim Avropa Oyunlarına ev sahibliyi etmək məsələsi gündəmə gələndən sonra artıq müxtəlif fikirlər səslənməyə başladı. Bu ilin yanvar ayından başlayaraq bir necə dəfə bu cür qurumlarda tədbirlər keçirilib və bəyanatlar qəbul edilib. Təbii ki, bu da yolverilməzdir. İyunun 10-da keçirilməsi nəzərdə tutulan "İdman və insan hüquqları" mövzusunda tədbir Azərbaycanın uğurlarını görmək istəməyən, Azərbaycanın uğurlarına sevinmək istəməyən və ermənipərəst qüvvələrlə əməkdaşlıq edən insanların mövqeyini əks etdirən bir toplantı ola bilər.

- Azərbaycana qarşı bu cür qərəzli yanaşma digər dövlətlərdə də Almanıyada, Yunanıstanda da müşahidə edilir. Ümumilikdə demək olarmı ki, Azərbaycana qarşı yönələn bu qərəz eyni mərkəzdən idarə olunur?

- Şübhəsiz bu belədir. Biz dəfələrlə bildirmişik ki, bunlar hamısı bir mərkəzdən idarə olunurlar. Bunları Azərbaycana qarşı qeyri-obyektiv mövqeləri birləşdirir. Qərəz isə ermənipərəst qüvvələrin təkidi və himayədarlığı ilə bu baş verir. Azərbaycana qarşı yönələn müzakirələrin aparılması isə sadəcə olaraq diqqətdən yayınmaq, güya müxtəlif dövlətlərdə və ölkələrdə bu cür müzakirələr keçirilir anlamı yaratmaqdır. Amma tam məsuliyyətmizlə deyə bilərik ki, bu cür anormal dinləmələr bir yerdə və bir mərkəzdə hazırlanmış ideyanın tərkib hissəsidir.

- Yayılan məlumatlarda və paylaşılan statusda ifadə olunur ki, dinləmələrin əsas mövzusu Leyla Yunus, Xədicə İsmayıl və digərləri ilə bağlı da olacaq. Maraqlıdır, idmanla bağlı qurulan müzakirələrin əsas xəttini məlum cinayətləri ilə əlaqədar həbs olunan şəxslər ətrafında müzakirələr təşkil etməsi təccüblü görünmür ki?

- Şübhəsiz təəccüb doğurur. Çünki Azərbaycana deməyə heç bir iradları və sözləri olmadığına üçün məhz bir necə əhəmiyyətsiz faktdan istifadə etməyə çalışırlar. Mən 20 ildən artıqdır ki, hüquq müdafiyəçisiyəm və dünyanın bir çox ölkələrində bu cür beynəlxalq tədbirlərdə iştirak etmişəm. Amma ilk dəfədir ki, "İdman və insan hüquqları" mövzusunda hansısa bir tədbirin keçiriməsinin şahidi oluram. Çünki idman heç vaxt siyasiləşə bilməz. İdman dostluqdur, əməkdaşlıqdır, sülhdür. Amma təəssüflər olsun ki, idmandan da yenə də siyasi məqsədlər üçün istifadə edirlər. İnsan haqları predmentni ortaya qoymaqla yenə də öz çirkin məqsədlərinə əməl etməyə çalışırlar. Avropa Oyunlarının keçirilməsi ərəfəsində Leyla Yunus və Xədicə İsmayıl kimi şəxslərin adlarını hallandırmaqla, bununla alver etmək və bu tədbirə kölgə salmaq olduqca gülüş doğurur. Azərbaycanın iqtisadi, siyasi uğurlarına və inkişafına sevinməyən insanlar məhz bu cür terminlərdən istifadə etməklə çirkin kampaniyalarını həyata keçirməyə cəhd edirlər. Amma onların bu cəhdləri mənasız cəhdlərdir. Bu Avropa Azərbaycan münasibətlərinin pisləşməsinə gətirib çıxaracaqdır. Burada uduzan da Avropa olacaqdır. Çünki Azərbaycan o qədər əhəmiyyətli strateji məkanda yerləşir və o qədər təbii sərvətlərlə zəngindir ki, bu gün Avropa məcburdur ki, bizimlə əməkdaşlıq etsin. Amma biz səmimi və qarşılıqlı əməkdaşın tərəfdarıyıq. Hansısa çirkin və anti-Azərbaycan kampaniyasını aparan qüvvələrlə təbii ki, əməkdaşlıq məsələsinə gələcəkdə baxmalı olacağıq.

- Avropa Birliyinin Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin ölkəmizə qarşı iş birliyi ortaya çıxıb. Sizcə, bu ortaq birliyi hansı maraqlar birləşdirir?

- Şəkili bəhanə etməklə səfirin dəyişdirilməsi baş verdi. Yunanıstanın Azərbaycandakı səfirinin öz ölkəsinə Rusiya və Türkiyə prezidentlərinin bu tədbirə qatılmayacaqlar barədə məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bir sözlə, bunların kökündə çox böyük qüvvələr durur ki, bu qüvvələr də Azərbaycanı sevmirlər. Onlar istədikləri variantlardan və istədikləri insanlardan istifadə edirlər və bununla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bir sözlə, onların hamısı bir mərkəzdən idarə olunur. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çox gözəl demişdir ki, "əgər onlar özləri gördüyü demokratiya kimi demokratiya istəyirlərsə bu bizə lazım deyil". Azərbaycanda demokratiya və insan haqları var. Bu gün bu istiqamətdə Prezident İlham Əliyevin siyasi kursuna uyğun yeni-yeni proqramlar qəbul olunur və bu proqramların həyata keçirilməsi şahidi oluruq. əminəm ki, bu kurs dönməz və dəyişməzdir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə