"Azadlıq" qəzetinin bir neçə gün öncə Almaniyanın Avropa Oyunlarını boykot edəcəyi ilə bağlı xəbəri öz təsdiqini tapmayıb. SİA-nın məlumatına görə, Avropa Oyunları ilə bağlı Almaniya nümayəndə heyətinin rəhbərləri artıq Bakıdadır. Onlar "Atletlər Kəndi"ndə qaldıqları binadan ölkələrinin bayrağını asıblar. Nümayəndə heyətinin digər üzvləri və idmançıların isə yaxın 2 gündə ölkəyə gəlməsi planlaşdırılır.
Xatırladaq ki, 2 gün öncə "Azadlıq" qəzeti Almaniyanın Bakıda keçirləcək Avropa Oyunlarını baykot edəcəyi ilə bağlı iddia irəli sürmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB