"4 iyun hadisələri Azərbaycan xalqının tarixində silinməz izlər qoydu. 1993-cü ildə hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün ölkədə yaratdığı xaos, anarxiya, özbaşınalıq bütünlükdə Azərbaycan xalqının taleyini sual altında qoymuşdu. Ölkədə vətəndaş müharibəsi başlamışdı". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib.
4 iyun hadisələri haqqında danışan M.İbrahimqızı qeyd edib ki, həmin dövr millətimizin ən ağır günlərindən biri idi: "Sürət Hüseynovun dəstəsi Gəncədən üzü Bakıya tərəf gəlirdi. Atışmalarda onlarla insan dünyasını dəyişdi. 1993-cü ildə Azərbaycanda baş verən 4 iyun hadisələrini araşdıranda bu gün müxalifətdə olanların da xəyanətləri üzə çıxır. Bu hadisələrdən bir neçə gün sonra xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycana qayıtması xalqımızı faciədən xilas etdi və bu gün ölkəmiz Onun yaratdığı prinsiplər əsasında sarsılmaz inkişaf yolundadır. Bu gün də Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində millətimizi yalnız xoş günlər gözləyir. Vaxtilə bu millətə faciələr yaşadan müxalifət isə öz çirkin niyyətləri ilə hələ bundan sonra da millətin qınağına tuş gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB