ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (BTB) Rusiyanın 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında ev sahibliyi hüququ əldə etməsi ilə bağlı verilən qərarı araşdırmağa başlayıb. SİA xəbər verir ki, bu barədə "reuters" agentliyinə FTB-nin anonim mənbəsi məlumat ötürüb. Qeyd olunub ki, Rusiya ilə yanaşı, 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququ qazanmış Qətər barədə də eyni addım atılıb. Sözügedən aspekt FTB-nin korrupsiya üzrə aparılan ümumi araşdırmalar işinə əlavə edilib.
Lakin verilən informasiyada maraqlı məqamlardan biri də budur ki, FTB hələ 2010-cu ildən başlayaraq Rusiyanın 2018-ci ildə dünya çempionatına ev sahibliyi əldə etmək hüququ arxasındakı məqamları araşdırmağa başlayıb. Belə ki, araşdırmaya səbəb rusiyalıların Nyu-Yorkda çirkli pulları yumaları olub.
Qətərə gəldikdə isə FTB aşkar edib ki, 2011-ci ildə Qətərihn bir sıra zəngin şəxsləri FİFA-nın afrikalı əməkdaşlarını pulla ələ almaqda şübhəli bilinirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB