Elman Məmmədov: “Uşaq kimi ortaya salıb oynadırlar” AÇIQLAMA

Elman Məmmədov: “Uşaq kimi ortaya salıb oynadırlar” AÇIQLAMA

"Freedom House" beynəlxalq təşkilatının və "Sərhədsiz Repartyorlar" təşkilatının əsas məqsədi Azərbaycana təzyiq göstərib ondan yararlanmaqdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, sözügedən təşkilatlar çalışır ki, Azərbaycanı nüfuzdan salsınlar: "Onlar heç bir şeyə nail olmayacaqlar. Qoy, onlar gedib Avropadakı insan hüquqlarının pozulması, oradakı miqrantlara qarşı olan haqsızlıqlarla, Avropadakı islamafobiya ilə məşğul olsunlar və s. Statistikaya nəzər salsınlar ki, son beş ay ərzində ABŞ polisi 400-dən artıq günahsız insanı güllələyib və küçədə öldürüb. Bu şəxslər öz gözlərində tiri seçmir amma başqasının gözündə tük axtarırlar".

E.Məmmədov əlavə edib ki, Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığı ən yüksək səviyyədə ölkə Konstitusiyası çərçivəsində qorunub və müdafiə də olunur: "Yəni Azərbaycanda bu problemlər yoxdur. Əgər biz bəzi beynəlxalq təşkilatların, dövlətlərin kökünü araşdırsaq görərik ki, bunların 99 faizi erməni pulu, mafiyası və diasporasının tapşırığı, proqramı ilə hərəkət edir. Bəzən biz deyirik ki, böyük dövlətlər müəyyən məsələlərdə erməniləri bir alət kimi istifadə ediblər. Amma indi görürük ki, bu cırtdan, terrorçu erməni dövləti o boyda Avropanı, ABŞ-ı öz əllərində alət edirlər, onu uşaq kimi ortaya salıb oynadırlar. Təbii ki, bütün bunlar gülünc doğurur. Bu gün Azərbaycan öz siyasətini ən yüksək səviyyədə yeridir. Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası toleralizm inkişaf edir. Beynəlxalq forumlarda bunlar öz əksini tapır".

Bütün xəbərlər Facebook səhifəmizdə