"İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı ökəmizdə aparılan islahatlar dünyanın və Avropanın bir çox ölkələrinə nümunə ola biləcək səviyyədədir. Aparılan uğurlu mübarizənin nəticəsidir ki, bu gün insan alveri ilə bağlı problemlər öz həllini tapıb". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib. Politoloq qeyd edib ki, Azərbaycanla qonşu olan bir çox ölkələrdə İnsan Alverinə Qarşı Mübarizəyə dair həyata keçirilən tədbirlər və maarifləndirmə işləri demək olar ki, bizim ölkənin etdiyi tədbir və maarifləndirmə işlərindən dəfələrlə azdır: "Hesab edirəm ki, əhalinin bu cinayət növü ilə bağlı maariflənməsi əsas vacib şərtlərdən biridir. Ona görə də bu müstəvidə Dövlət orqanları ilə Vətəndaş Cəmiyyətinin nümayəndələri arasında yaxşı əməkdaşlıq qurulub. O cümlədən də, aidiyyatı qurumların apardıqları uğurlu əməliyyat tədbirləri nəticəsində ölkəmizdən tranzit ölkə kimi istifadə etmək demək olar ki, minumuma endirilib. Bu baxımdan da Azərbaycan bu gün dünyaya bir çox inkişaf etmiş və təhlükəsizliyi yüksək səviyyədə qorunan ölkələrlə eyni səviyədə təqdim edilir. Bu hal hər birimiz üçün qürurvericidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB