Ölüm hökmü tədbiq olunarsa…
Ölüm hökmü geri qayıdır

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Macarıstana xəbərdarlıq edib. SİA "reuters"ə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti bəyan edib ki, əgər Macarıstanın baş naziri Viktor Orban ölüm hökmünün yenidən qüvvəyə minməsi istiqamətində inadkarlığını davam etdirərsə, onun ölkəsi Avropa İttifaqı ailəsindən çıxarılacaq. "Əgər hər hansı ölkədə ölüm hökmü icra olunursa, həmin ölkələrin Avropa İttifaqında yeri yoxdur" -deyə, Yunker bildirib.

Qeyd edək ki, Macarıstanın baş naziri bəyan etmişdi ki, ölüm hökmü ilə bağlı məsələ yenidən ölkə parlamentinin gündəliyinə çxarılmalıdır. Belə ki, macar qanunvericiliyi kifayət qədər dayanıqlı deyil.

Macarıstanda ölmü hökmü 1990-cı ildən ləğv edilib. Məhz bundan sonra Macarıstan Avropa İttifaqının tənəli hüquqlar xartiyasını poza bilmədiyi üçün ölüm hökmünü tədbiq edə bilmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə