Ramiz Alıyev: “Onlar üçün dövlət, xalq maraqları önəmli deyil” MÜNASİBƏT
"Hakimiyyətə gəlmələri üçün şərait yaransa Azərbaycanı qan gölünə çevirməkdən belə çəkinməzlər. Onları yalnız xaricdən ixtişaşlar və pozuculuq törətmək məqsədi ilə aldıqları qrantlar maraqlandırır". Bu fikirləri SİA-ya politoloq Ramiz Alıyev Milli Şuranın 30 may mitinqinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, bu insanlar I Avropa Oyunları ərəfəsində ölkəmizin imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar: "Əgər ölkəmizi və xalqımızı sevsəydilər Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ həqiqətlərini və Xocalı Soyqırımı haqqında məlumatları oyunları izləmək üçün gələcək turistlərə və nümayəndələrə daha yaxşı çatdırılmasının yolları haqqında heç olmasa bir neçə təklif irəli sürərdilər. Onlar üçün nə bir milyon qaçqın və məcburi köçkün, nə də işğal altında olan tarixi Azərbaycan torpaqları maraqlı deyil. Özlərinin hakimiyyəti dövründə bir gecədə yüzlərlə vətəndaşımızı həlak edib meyidlərini də yoxa çıxaranlar bu günlərdə binada baş verən faciə ilə bağlı özlərini sanki vətənsevər kimi göstərirdilər. Amma hər kəs bilir ki, radikal müxalifətə hakimiyyətə gəlmələri üçün şərait yaransa Azərbaycanı qan gölünə çevirməkdən belə çəkinməzlər. Özünü "Milli Şura" adlandıran 5-10 nəfərin yığıncağında nə Azərbaycan, nə dövlətçilik, nə də xalq maraqları öndə getmir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB