"Sabir Rüstəmxanlının burada Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir: "Oradakı parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də həmin abidənin üstü təmir işləri ilə bağlı örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Gəncə İcra Hakimiyyətinin balansında olan "İstiqlal" parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir".
Musa Quliyev deyib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından, kiminsə kölgəsinə sığınıblar və ağıllarına gələni danışırlar: "Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB