Mirhəsən Seyidovun İTV-nin Yayım şura üzvlüyünə namizədliyi təsdiqlənib. SİA-nın məlumatına görə, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şura üzvlüyünə namizədliyini irəli sürmüşdü.
Qeyd edək ki, qərar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilmişdi.
Xatırladaq ki, seçilən namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaqd.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var. Seçiləcək üzv 6 illik müddətinə seçirilir. Mirhəsən Seyidov ictimai fəaliyyətə 2005-ci ildən başlayıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə "İrəli" İctimai Birliyinin sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB