"20-ci əsrin əvvəllərində Azərbaycan xalqı çox çətin bir durum qarşısında idi. Ya ayağa qalxıb dövlət müstəqilliyini élan etməli, dünya dövlətləri içərisində öz sözünü deməli, ya da bölünüb, parçalanıb, məhv olmalı idi". Bunu SİA-ya Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, həqiqəti dərk edən bir qrup Azərbaycan ziyalısı, demokratik cümhuriyyətin baniləri ayağa qalxaraq öz müstəqilliklərini elan etdilər: "Bununla da Azərbaycan tarixində yeni bir dövr başladı. Bugünki Azərbaycan Respublikası həmin demokratik cümhuriyyətin varisidir. Ona görə onların ruhu şaddır ki, bu gün belə müstəqil, güclü Azərbaycan var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB