Hüseynbala Mirələmov: “Bu qaranlıq nöqtə heç vaxt günəşlə barışa bilmir” MÜSAHİBƏ
Yazıçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun SİA-ya müsahibəsi:
- Hüeynbala müəllim, son zamanlar radikal müxalifət düşərgəsində baş verən istefalarla bağlı nə deyə bilərsiniz?
- Onların birliyi yoxdur. Bu düşərgə daxilində çəkişmələr var. İvan Krılovun təmsilindəki kimi hər kəs müxtəlif tərəfə çəkir. Monolit birlikləri olmadığından dağılırlar.
- Radikal müxalifət təmsilçiləri I Avropa Oyunları zamanı mütəmadi aksiyalar keçirməyə çalışırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Bunların içərisində qaranlıq bir nöqtə var. Bu qaranlıq nöqtə heç vaxt günəşlə barışa bilmir. Yəni, onlar Azərbaycanın inkişafı, tərəqqisi ilə barışmaq istəmirlər. Ona görə də bu uğurlara ləkə yaxmaq istəyirlər. Amma onlar unudur ki, günəş ləkə götürməz. Nə etsələr də boş şeydir. Yəni, karvan məsələsi…
- Erməni idmançıların I Avropa Oyunlarında iştirakı ilə bağlı fikirləriniz nədir?
- İdman qanunları bəşəri, dünyəvi qanunlardır. Hesab edirəm ki, bunun əksinə çıxa bilmərik və çıxmamalıyıq da. Buna kiçik maraqlar daxildə baxmaq lazım deyil. Buna qlobal mənada baxmaq lazımdır. Azərbaycan dövləti də onların təhlükəsizliyini qorumalıdır.
- I Avropa Oyunlarında hansı idman yarışlarını izləyəcəksiniz?
- Çalışacam bütün oyunları canlı izləyim. Hesab edirəm ki, bu mənim vətəndaşlıq borcumdur. Eyni zamanda hamı görsün ki, mən, sən, o hər birimiz bu oyunların keçirilməsinə nə qədər məftundur. Bu nöqteyi nəzərdə bütün oyunlara baxacam.
- Hüseynbala müəllim, xüsusilə maraqlandığınız idman növü hansıdır?
- Orta məktbdə oxuyanda klasik güləşlə məşğul olurdum. Ancaq indi gündəlik yürüş edirəm. Ancaq, xüsusi olaraq futbola çox azarkeşlik edirəm. Futbol mənim üçün çox maraqlıdır. Digər idman oyunlarına da baxıram.
- Söhbətimiz futboldan düşdü. Bir futbol azarkeşi kimi məni maraqlandıran bir suala da sizdən cavab alım. İyunun 6-da "Çempionlar Liqası"nın final görüşü "Barselona" və "Yuventus" arasında oynanılacaq. Siz hansı komandanın qalib gəlməsini istərdiniz?
- Mən, azarkeşi olduğum "Barselona"nın qalib gəlməsini istərdim. Ümumən aliləlikcə bu komandaya azarkeşlik edirik. Hər halda final oyunun gözləyək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB