Bakıda atəşfəşanlıq olacaq

28 May- Respublika Günü ilə əlaqədar Bakıda atəşfəşanlıq olacaq. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Bayram Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi bayram şənliklərinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə