I Avropa Oyunları Uruqvay mətbuatında

I Avropa Oyunları Uruqvay mətbuatında

"Uypress" Uruqvay xəbərlər agentliyinin portalında "Azərbaycan paytaxtı Bakı 2015 Birinci Avropa Oyunlarını qəbul edir" adlı məqalə dərc olunub. SİA-nın məlumatına görə, 12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyasının başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır"- deyə məqalədə qeyd olunur.

Məqalədə Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.

Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişaf da diqqət mərkəzində olmuşdur. "Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM dörd dəfə artmışdır", deyə məqalədə bildirilir.

Yazıda, habelə Azərabaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.

Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərlərə diqqət yetirilir.

Məqalə ilə buradan http://www.uypress.net/uc_60323_1.html tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə