Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. SİA-nınm xəbərinə görə, məcəllənin 75.1-ci maddənin üçüncü cümləsinə "11-ci maddəsinə" sözlərindən sonra ", o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə" sözləri əlavə edilib.

Dəyişikliyə əsasən, 75.4-cü maddənin ikinci cümləsində "1 ay" sözləri "15 gün" sözləri ilə əvəzlənib.

75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilib: "Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir".

75.7-ci maddəyə "tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir" cümləsi əlavə olunub.

Dəyişikliyin digər müddəasına görə, 80.1-1-ci maddəyə aşağıdakı əlavə edilib:

"80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.";

80.2-ci maddədə "yaşayış evlərinin", 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə "yaşayış evinin" sözləri "tikinti obyektlərinin" sözləri ilə əvəz edilsin.

80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.";

80.4-cü maddənin birinci cümləsində "80.1-ci və 80.3-cü maddələrində" sözləri "80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində" sözləri ilə əvəz edilsin;

80.4-cü maddənin ikinci cümləsində "3 ay" sözləri "1 ay" sözləri ilə əvəz edilsin.

82.2-ci maddədə "3 ay" sözləri "1 ay" sözləri ilə əvəz edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə