Ziyafət Əsgərov: "Ermənilərin heç bir səmimiyyətinə inanmıram” AÇIQLAMA
"Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse- spikeri Ziyafət Əsgərov bu gün "The business year" jurnalının Azərbaycana həsr olunmuş sayının təqdimat mərasimi zamanı ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəckləri ilə bağlı yaydığı bəyanatla bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
O həmçinin qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər: "Mən mətbuatda oxudum ki, güya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi ki, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunub. Həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idilər. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB