Rasim Musabəyov: ““Freedom House”un məqsədi inam yaratmaqdır” AÇIQLAMA

Rasim Musabəyov: ““Freedom House”un məqsədi inam yaratmaqdır” AÇIQLAMA

"Ümumiyyətlə, ABŞ-da insan haqlarının kobud şəkildə pozulması, irqi-ayrı seçkiliklə bağlı məsələ hər zaman olub". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov "Freedom House" beynəlxalq təşkilatının ABŞ-da insan haqlarının kobud şəkildə pozulması, irqi-ayrı seçkiliklə bağlı hesabat dərc etməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, sadəcə olaraq "Freedom House" beynəlxalq təşkilatı bir çox hallarda dünyanın hər bir yerinə qiymət verməyə meyilli idi, amma ABŞ-ın özünü kənarda saxlayırdı: "Artıq bu təşkilat görür ki, Amerikanı qınaq obyektinə çəkiblər və hesabatlarını sual altına qoyurlar. Beləcə onlar indi də ABŞ-da baş verən hadisələr barədə yazıblar. Məqsəd isə dərc etdikləri hesabatalara inamın artmasıdır".

R.Musabəyov cəbhə xəttindəki gərginlik barədə də danışıb: "Son zamanlar cəbhə xəttində gərginlik aşağı düşüb. Ermənilər bildiriblər ki, I Avropa Oyunları zamanı gərginlik artırılmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə