Ülyahəzrət II Elizabet Prezidenti təbrik etdi

Ülyahəzrət II Elizabet Prezidenti təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə