Mirhəsən Seyidov: “Kurs bütün jurnalistlər üçün açıq deyil” AÇIQLAMA
"İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi "Gənc Əkinçi" layihəsi çərçivəsində "Gənc Əkinçi" 2015 qrupuna daxil olan jurnalistlər üçün ingilis dili kurslarına start verir". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Birlik sədrinin sözlərinə görə, layihə bitdikdən sonra jurnalistlərin peşə, dil bacarıqlarının artırılması, eləcə də xarici dillərə yiyələnməsi üçün təşkilat olaraq jurnalistlər üçün kurslar təşkil edəcəyik: "Təbii ki, kurs bütün jurnalistlər üçün açıq elan olunmayıb. Bəs kursun əsas məqsədi nədir? Bildiyiniz kimi, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla daha yaxından iştirak etməsi, ev sahibinə çevrilməsi artıq ölkəmiz haqqında yazılan məlumatların beynəlxalq mətbuatda daha çox yer aldığının şahidi oluruq. Biz düşündük ki, bunlardan da ən vacib olan məsələ Azərbaycanda həm gənclərə, həm də beynəlxalq jurnalistikaya təsir göstərə biləcək bizim yerli jurnalistlərimizdir".
M. Seyidov əlavə edib ki, Azərbaycan həqiqətlərinin, ölkəmizin mövcud vəziyyəti haqqında ola biləcək xəbərləri dünya ictimaiyyətinə çatdırmaq üçün təbii ki, xaric dil bilikləri çox vacibdir: "XXI əsr elm və texnika dövrüdür. İnformasiyanın daha çox olduğu bir dövrdə Azərbaycan jurnalistin xarici dildə yeni bir məqalə çap etməsinin nə qədər vacib olduğunu hər birimiz fərqinə varırıq. Bu kurslar mütəmadi olaraq davam edəcək. İlkin olaraq kurs 6 ay müddətində nəzərdə tutulub. Ondan sonra əgər jurnalistlər tərəfindən yeni təşəbbüs olarsa, bu davamlı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB