"Azərbaycan daim inkişaf edən ölkədir"

"Azərbaycan daim inkişaf edən ölkədir"

"Biz özünəməxsusluğu ilə seçilən XXI əsrdə yaşayırıq. Özünəməxsusluq isə insan daxilinə xas olan bir xüsusuiyyətdir. Bakıda keçirilən forum əsrimizə aid olan bir çox məsələlərin həllinə verilən töhfədir". SİA-nın xəbərinə görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi dairələr multikultiralizmin uçuram getdiyi iddia edir: "Amma biz bu ziddiyyətləri aradan qaldırmalıyıq".

Azərbaycanın daim inkişaf edən ölkə olduğunu deyəb İslam Əməkdaşlıq Təşkilatının baş katibi söyləyib ki, burada çoxmədəniyyətlilik hiss olunmaqdadır:"Ölkə rəhbərinin uzaqgörənliyi nəticəsində ölkə gündən-günə inkişaf edir. Biz çətin bir dövrdə yaşayırıq. Belə bir dövrdə güclü rəhbərə mütləq şəkildə ehtiyac var".

Baş katib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiklərini vurğulayıb: "Bu kimi forumların keçirilməsi bizə lazımdır. Yohannesburqda keçirilən davamlı inkişaf sammitindən sonra iqtisadi inkişaf və davamlılıqda mədəniyyətin xüsusi rola malik olduğu bildirilmişdi. İslam Əməkdaşlıq Təşkilatı bu proseslərə sadiqdir və tərəfdaş şəklində çıxış edir. Fikrimcə, bu, ən təxirəsalınmaz məsələdir. Mədəniyyətlərarası dialoq sahəsində gücümüzü birləşdirməli və fikirlərimizi digər ölkələrə, insanlara çatdırmalıyıq. Biz problemlərin həllinə çalışmalı, birliyimizi qorumalıyıq. Biz əgər layiqli vətəndaş olmaq istəyiriksə, təkcə işləyib evimizə getməklə kifayətlənməməli, müxtəlif fikirlərimizi paylaşmalıyıq. Biz hər bir mədəniyyət hüququnu təmin etməli, Afrika haqqında düşünməli, oradakı problemlərin aradan qaldırılmasına xidmət etməliyik. Bu çətinliklər cəmiyyətimizi risklə üzbəüz qoyur, bu fərqlər qarşıdurmaya səbəb olur. Biz tək yaşamalı deyil, fikirlərimizi paylaşmalı və tərəfdaş olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə