"Dünyanın bir çox yerlərində sabitlik pozulub"

"Dünyanın bir çox yerlərində sabitlik pozulub"

"Dünyanın müxtəlif yerlərində ədavət görürük. Bu, xüsusən terrorçuluğu və dini sekta yanaşmasını artırır, geniş məkanları əhatə edir. SİA-nın xəbərinə görə, bu sözləri İSESKO- baş direktoru Əbdüləziz Osman əl-Tüveycri söyləyib.

O bildirib ki, xaos bir çox yerlərdə özünü biruzə verir, dünyanın bir çox regionlarında sabitlik pozulub: "Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası vasitəsi ilə üzərinə düşən məramı həyata keçirə bilmir. İnsanlar bəşəriyyəti irəli paracaq idealları təbliğ etməlidir. Bu baxımdan siyasətçilərin üzərinə mühüm missiya düşür. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan, Fələstin İsrail, Mərakeşin adaları İspaniya tərəfindən işğal edilib. Mədəniyyətlərarası dialoq sadə bir tədbir kimi qəbul edilməməlidir. Bu, dünyadakı qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Biz bir ailə kimi işləyirik, heç kimin arasında fərq qoymuruq".

Bütün xəbərlər Facebook səhifəmizdə