Dövlət başçısı:"Biz tarixi İpək Yolunu bərpa edirik"

Dövlət başçısı:"Biz tarixi İpək Yolunu bərpa edirik"

"Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Biz əslində tarixi İpək Yolunu bərpa edirik. SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı söyləyib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib: "Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyələndirilir. Çox sevinirik ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı. Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir. Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün bütün fundamental azadlıqlar Azərbaycanda təmin olunur. Ölkəmizdə, din, mətbuat, söz azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır. Azərbaycanın iqtisadi müstəqilliyi var, donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Biz Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk. Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır. Biz əsasən daxili məsələlər diqqət yetiririk, ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələr həyata keçiririk. Humanitar sahə diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk. Bir aydan az vaxt qalır ki, Bakıda I Avropa Oyunları keçiriləcək. 2,5 il ərzində Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində keçirilməsi böyük uğurdur. Əhalisi mümsəlman olan ölkədə belə bir tədbirin keçirilməsi müdrik qərardır. 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə