EBC Radio proqramının ingilis dilində yayımlanan verilişində "Bakı 2015"in hazırlığına, iştirakçı idmançılar, ölkəmizə səfər edəcək azarkeşlər, Azərbaycanın müasir idman kompleksləri və xüsusilə "Bakı 2015" I Avropa Oyunlarına həsr edilmiş xüsusi mərasimin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayevlə geniş söhbət aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 30 dəqiqəlik veriliş zamanı mədəniyyətimiz, tariximizin və ölkəmizin dünyada tanındığı multikulturalizm ənənələrinə dair müxtəlif məlumatların təqdim edilməsi ilə yanaşı fasilələr zamanı Azərbaycan mahnıları da səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB