Meksikada şəhər merliyinə namizədliyini verən şəxs öldürülüb. SİA "irat-tass"a istinadən xəbər verir ki, Meksikanın cənub-qərbində yerləşən Yurekuaro şəhərindəki mer seçkilərində namizədlərdən biri – Enrike Ernandes Salsedo ona tərəf açılan atəş nəticəsində həyatını itirib. Bildirilir ki, merliyə namizəd seçiciləri qarşısında çıxış edərkən, həmin ərazidən keçən avtomobilin içindəki naməlum şəxslər avtomat silahlardan ona tərəf davamlı atəş açıblar. Bundan sonra isə cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. Polis isə hesab edir ki, qətl hadisəsi sifariş nəticəsində həyata keçirilib. Lakin hüquq-mühafizə orqanları ehtimal etdikləri qətl iştirakçılarının və sifarişçinin adını hələ ki, açıqlamırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB