Bu gün Azərbaycanda Gül Bayramıdır. SİA-nın məlumatına görə, bu bayram Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasından 92 il keçir. Bayram münasibəti Heydər Əliyev parkında güllərdən müxtəlif ekspozisiyalar hazırlanıb.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən bayramda əsrarəngiz, bir-birindən gözəl güllər və onlardan hazırlanan müxtəlif kompazisiyalar nümayiş olunub. Paytaxt sakinləri və şəhərimizin qonaqları səhər saatlarından başlayaraq Heydər Əliyev adına Sarayın qarşısında müxtəlif güllərdən hazırlanan dekorasyaları seyr edə biliblər.
Qeyd edək ki, mayın 10-da gecə saatlarında Dənizkənarı Milli Park ərazisində keçiriləcək bayram konsertindən sonra böyük atəşfəşanlıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB