Partiya sədri: “Uğursuz siyasi fəaliyyətin uğurlu sonucu ola bilməz”

Partiya sədri: “Uğursuz siyasi fəaliyyətin uğurlu sonucu ola bilməz”

"Müsavat Partiyası daxilində baş verən prosesləri bir tək Arif Hacılı faktoru ilə bağlamağın əleyhinəyəm. Yəni, səbəb yalnızca bu deyil. Ortalıqda bir yığın səbəblər kompleksi var". Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib.

E. Musayev deyib: "Əvvəla, Müsavat Partiyası uzun illər boyunca AXCP ilə mübarizə apararaq "ana müxalifət" adına sahiblənməyə çalışıb. Buna nə qədər müvəffəq olub, orasını deyə bilmərəm. Amma dəqiq olan budur ki, radikal müxalifət son 23 ilin bütün seçkilərində mövcud hakimiyyətə, iqtidara biabırçı şəkildə uduzub. Və dediyim kimi: mübarizə əsasən hakimiyyət uğrunda deyil, "ana müxalifətçilik" uğrunda gedib. Yəni, ağıllarının ucundan da keçirməyiblər ki, nə vaxtsa millətin, xalqın təmsilçilik hüququnu əldə edə bilərlər. Belə olan təqdirdə isə heç şübhəsiz insanlar bezməli idi. Çünki, ömür boyu müxalifətdə qalmaq, daha doğrusu çürümək kimsənin arzuladığı bir şey deyil. Üstəlik, nəzərə alın ki, məlum cəbhədə bütün bu uğursuzluqlardan dolayı meydana gələn ciddi bir aqressiya da müşahidə olunmaqdadır. Ona görə də Müsavat daxil bütün müxalif sektorda "yarpaq tökümü"nün başlaması labüd idi. Və başladı da".

"İkinci faktor müxalif cəbhədə uzun illər boyunca despot rejimin tətbiqi olub. Ələlxüsus da gənclərə qarşı. Ya da belə deyək: Nə İsa Qəmbər, nə də Əli Kərimli özlərindən sonrakı proses üçün kadr yetişdirməyiblər. Baxın, bu gün Müsavat başqanı Arif Hacılıdır. Amma kimsə ona tabe olmur. Çünki adamın başqan xarizması, lider keyfiyyətləri yoxdur. Ona görə də təşkilat pərən –pərən olub. Qalan qalır, gedən gedir. Ya da Əli Kərimli: Heç qurultay haqda, öz postundan getmək haqda düşünmək belə stəmir. Sanki stoluna "kley"lənib qalıb. Səbəb isə hamıya aydındır. Getsə ətrafında olan – qalan 3-5 nəfər də dağılacaq". – E. Musayev bildirib.

Partiya sədri vurğulayıb ki, üçüncü faktor, radikal müxalifətin xalqa münasibətdə "ipi qırıqlıq" nümayiş etdirməsidir: "Hamı görür ki, bu gün ortada olan radikal qüvvələr prioritet və əsas sima olaraq Leyla Yunus, Xədicə İsmayıl kimi vətən satqınlarının adını ön plana çıxarıblar. Yəni həmin liderlərin çoxu "sapı öümüzdən olan balta" statusundadır və ya hakimiyyəti devirmək üçün şeytanla belə ittifaqa girməyə hazırdırlar. Ona görə də artıq öz ətrafları belə bu həqiqəti anlayıb, uzaqlaşma qərarı veriblər. Hərə öz işinin dalınca gedir. 23 illik bataqlıqdan gec də olsa çıxmağa çalışır. Odur ki, Müsavat Partiyası və AXCP daxilində bu gün nə baş verirsə, hamısı gözlənilən, ehtimal olunan proseslərdir. Uğursuz siyasi fəaliyyətin uğurlu sonucu ola bilməz. Hamı öz gücünə, öz istedadına, öz boyuna uyğun nəticə əldə edir. Həmçinin də Arif Hacılı və Əli Kərimli".

Bütün xəbərlər Facebook səhifəmizdə