Aydın Əliyev: “Çalışacayıq ki, məhdudiyyətlər aradan götürülsün”

Aydın Əliyev: “Çalışacayıq ki, məhdudiyyətlər aradan götürülsün”

"Rusiya ilə Azərbaycan arasında gömrük vergiləri tətbiq olunmur. Azad ticarət zonası haqqında saziş imzalandığı üçün sadəcə olaraq əlavə dəyər vergisi tətbiq olunur və olunacaq da! Çünki bu, əlavə dəyər vergisidir". SİA-nın məlumatına görə, bunu bugün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

DGK sədrinin sözlərinə görə, həm Rusiyada, həm də Azərbaycanda bu sənədlə bağlı bütün dövlət daxili prosedurları keçirilib: "İmkan yaradılan kimi sənədin imzlanma məsələsi ortaya çıxacaq. Amma hələ ki, protokol hazırdır. Protokolun əsas məğzi odur ki, Azərbaycandan ərzaq, yeyinti məhsullarının (meyvə, tərəvəz, fındıq və s.), konservləşdirilmiş şirələrin və s. bütün bunların Rusiyaya idxalı zamanı təminatların tanınması, sürətləndirilməsi təmin olunacaq. Bu, hələ ki bitkiçilik sahəsində yetişdirilən məmulatlara tətbiq ediləcək. Çünki heyvandarlıqla bağlı artıq 5 ildən çoxdur ki, Rusiyada sanitar-nəzarəti xidməti tərəfindən məhdudiyyətlər qoyulub. Rusiyalı həmkarım fevral ayında Bakıda olanda onunla bu məsələni müzakirə etmişdim. Çalışacayıq ki, məhdudiyyətlər aradan götürülsün".

Bütün xəbərlər Facebook səhifəmizdə