"Şuşanın işğal edilməsinin səbəbi çoxdur. Bunun bir səbəbi ermənilərdir. Ancaq onun himayədarı ermənilərə kömək idi". SİA-nın məlumatına görə, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 8-də Şuşa şəhərinin işğal edilməsinin səbəbi barədə danışarkən deyib.
Baş nazirin müavininin sözlərinə görə, 1992-ci ilin mayın ayının 7-də Azərbaycan Müdafiə Nazirliyində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov idi: "Bu şəxsin anası erməni olub. Rusiyanın keçmiş prezidenti Boris Nikolayeviç Yeltsin mayın 7-də verdiyi sərəncamla Valeri Gerasimovu Rusiya Müdafiə Nazirliyi vəzifəsinə icraçı təyin etdi. Valeri Gerasimov SSRİ-dən Rusiyaya varis prinsipi ilə qalmış Dağlıq Qarabağdakı 366-cı alayın zabit heyətini tam dəyişərək erməniləşdirmişdi. Təbii ki, əsgər heyətinin də yarıdan çox erməni idi. Valeri Gerasimov Boris Yeltsinin ona göstərdiyi o etimadın müqabilində ona səhəri günü Şuşanı hədiyyə olaraq təqdim etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB