Millət vəkili: “Con Kerrinin əli erməni mafiyasının cibindədir” MÜNASİBƏT
"Biz ABŞ Dövlət katibi Con Kerrinin mövqeyini hələ 1990-cı illərin əvvəllərindən (20 Yanvar hadisələrindən, Dağlıq Qarabağ məsələsi ilə bağlı) bilirik. Ümumiyyətlə Con Kerrinin əli erməni mafiyasının cibindədir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov anti-Azərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, erməni yalı, pulu ilə danışan, hərəkət edən Con Kerri və onun komandası bizə düşmən mövqeyində dayanmaqla heç bir şey əldə edə bilməyəcək: "Yəni biz bu düşmənçiliyi ABŞ-ın rəsmi dövlət səviyyəsinə aid etmirik. Təbii ki, Amerika böyük dövlətdir. Hesab edirəm ki, əgər ABŞ ədalətli mövqe sərgiləsə, Kerri və onun kimilərinə yerini göstərər. Bu gün Azərbaycan uğurla inkişaf edir və bundan sonra da demokratik, hüquqi dövlət kimi öz yolunu davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB