Səxavət Əlisoy: “Heç vaxt istefa söhbətinə yaxın durmayacaq” AÇIQLAMA
"Mayın 6-da Müsavat partiyasının Suraxanı rayon təşkilatının partiyanın qərargahı qarşısında keçirəcəyi aksiya Vurğun Əyyubun Müsavatdan xaric olunması ilə bağlı təşkil olunacaq". Bunu SİA-ya ADR hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.
İdarə heyəti üzvünün sözlərinə görə, Müsavat partiyasının Suraxanı rayon təşkilatının təşkil etdiyi aksiya Vurğun Əyyuba dəstəyə hesablanıb: "Bəs gəlin görək, bu aksiyadan nə gözləmək olar? Aksiya Arif Hacılı üçün heç bir önəm daşımır. Nəinki Müsavat partiyası Suraxanı rayon təşkilatı, eləcə də partiyanın rayon təşkilatlarının böyük əksəriyyəti A.Hacılının istefasını tələb etsələr də, o partiyanı ələ keçirmiş zümrə heç vaxt istefa söhbətinə yaxın durmayacaq. Mən bunu Hacılını tanıyan adam kimi deyirəm. Sadəcə olaraq Müsavat daxilində elə bir qurum yaranıb ki, indi orada olan adamlar demokratiyadan söhbət etməyə çəkinirlər. Parlament seçkilərinə qədər Müsavat partiyasında qalan 5-10 nəfər ziyalı da oradan uzaqlaşdırılacaq. Bundan sonra A.Hacılının dəstəsində olan adamlar artıq bir-biri ilə mübarizə aparmağa başlayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB