"Bu adam ayda bir fikrə düşür. Ola bilər ki, Tural Əli Kərimlinin məsləhəti ilə indi bu cür danışmağa başlayıb". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Tural Mustafayevin Xədicə İsmayılla bağlı irəli sürdüyü ittihamlarını geri götürməsinə və guya hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması iddiasına münasibətini bildirərkən deyib.
BAXCP rəsmisi deyib ki, Tural Mustafayev Xədicə İsmayıldan şikayət etdiyi zamanlar sosial şəbəkədə statuslar paylaşmaqdan doymurdu. İndi isə tamamilə tərs mövqe göstərir: "Tural bütün günü "facebook" sosial şəbəskəsində yazırdı ki, bunu heç kimin təzyiqi ilə yazmamışam və Xədicə İsmayıl mənim həyatıma son qoya bilərdi. Odur ki, bu adamdan nə desən, gözləmək olar. Əli Kərimli Xədicəni qorumaq üçün hər addım atmağa hazırdır. Xədicə 20 ildən artıqdır ki, Əli Kərimlinin təşkilatının üzvüdür. Xədicə "Yurd" birliyinin mətbuat şəbəkəsinə rəhbərlik etmiş adamdır. Hər zaman Əli Kərimlinin təbliğatı ilə məşğul olub. Hətta onların qohumluq əlaqələri də mövcuddur. Bu gün Turalın Xədicədən daha şikayət etməməsi heç bir halda Xədicəni hüquqi məsuliyyətdən azad edə bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB