Sabiq baş nazir: "Qlobal dəyərləri birləşdirməliyik"

Sabiq baş nazir: "Qlobal dəyərləri birləşdirməliyik"

"Avropa Birliyinin, dünyanın səyləri olmasa, Yunanıstanın problemlərini həll etmək mümkün olmaz. Mən problemlərin həll edilməsi üçün çalışdım. Böyük işlər görüldü, ancaq insanlar çoxu bunu hiss etmədi". SİA-nın xəbərinə görə, bunu Yunanıstanın sabiq baş naziri George Papandreou bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edərkən deyib.

Qloballaşma ilə kapital imkanların tükəndiyini, öhdəlikləin artdığını deyən sabiq baş naziri bildirib ki, vergi rəqabəti Yunanıstanda ehtiyatların tükənməsinə səbəb oldu: "Qlobal müstəvidə iqtisadiyyata kapitalın bir neçə insanın əlində olması, o cümlədən dərin korrupsiya iqtisadiyyata təsir göstərir. Demokratiya yalnız seçkilər deyil. Demokratiyanın iki prinsipi var. Birincisi, qaydaların kollektiv prinsipi yaradılmalıdır, qanunun aliliyi təmin olunmalıdır. İkincisi, demokratiya avtoritar hakimiyyətin dağıdılması üçün mövcuddur. Mütləq insan ləyaqəti təmin olunmalı, insalar cəmiyyətin həyatında tam şəkildə iştirak etməlidirlər. Biz təcriddən, ksenofobiyadan, iqçilikdən, qəbiləçilikdənn uzaqlaşmallıyıq.Qlobal anlaşmanı yaratmalıyıq. Vətənpərvərlik və millətçilik arasında fərq qoymalıyıq. Avropa Birliyi bu gün sülh layihəsidir və biz qlobal dəyərləri birləşdirməliyik. Yunanıstanı maliyyə böhranı, millətçilik sınaqdan keçirdi. İnanıram ki, Avropa Birliyi qlobal dövlətçilik üçün əsl modelə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə