"BMT Təhlükəsizlik Şurasına etimad getdikcə azalır". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin sabiq prezidenti Abdullah Gül bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumunda çıxış edərkən deyib.
Gül bildirib ki, problemlərin həll edilməməsi nəticəsində yaranan məyusluq bizim hamımıza təsir edir: "Təhlükəsizlik Şurası daha demokratik, səmərəli olsa, bütün problemlər həll olunacaqmı? Yox, ancaq bu islahatlar beynəlxalq ictimaiyyətə yeni enerji gətirəcək".
Türkiyənin sabiq prezidenti vurğulayıb ki, beynəlxalq prinsiplərin sütunları gücləndirilməli, ikili standartlara yol verilməməlidir: "Məsələn, Rusiyanın Ukraynaya təcavüzü dünyada ciddi narahatlıq yaradıb, ABŞ və Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edib. Digər tərəfdən, Azərbaycan ərazisi 20 ildir ki, işğal altındadır, 1 milyon insan qaçqın və köçkün düşüb. Ancaq üçüncü tərəflər bu məsələyə adekvat reaksiya verməyiblər. Eyni sözləri Fələstin problemi barədə demək mümkündür. Təəssüf ki, beynəlxalq sistem bu problemlərin həllini təklif edə bilmir. Ona görə də etimada arxalanan regional təşkilatlar genişləndirilməlidir. Məsələn, ATƏT bəzi hallarda Avropada uğurlu olub, bəzi hallarda isə belə uğurlar qazana bilməyib".
A. Gül 21-ci əsrdə BMT Təhlükəsizlik Şurasının rolunu artırmağı zəruri sayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB