Xəstə uşaq və anası ölkədən qovuldu Ədalətsizlik

Xəstə uşaq və anası ölkədən qovuldu Ədalətsizlik

Avstraliya hökuməti bu ölkədə mühacir və qaçqın həyatı yaşayan filippinli ailəyə qarşı qeyri-humanist addım atıb. Türk mətbuatında "Avstraliyadan böyük ayıb" başlıqlı yazıda qeyd olunur ki, Filippin əsilli Mariya Sevillanın oğlu Tyurin autizm xəstəliyinə düçar olub. Avstraliya hökuməti isə mühacir uşağın müalicə xərclərinin "ölkə vətəndaşlarına yük olacağı"nı iddia etməklə ana ilə övladı ölkə hüdudlarından kənara çıxarma qərarını verib.

Nəticədə Avstraliyanın bir sıra insan hüquqlarını müdafiə təşkilatları və sadə vətəndaşlar hökumətin bu qərarına qarşı sərt etiraz və təpki göstəriblər. Artıq 120 minə yaxın avstraliyalı sözügedən qərara qarşı etiraz imzası ataraq, onu məktub şəklinə ölkənin mühacirlər və qaçqınlar üzrə naziri Peter Dottona göndəriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə