Gözəlliyi ilə göz qamaşdıran partiya sədri FOTO

Gözəlliyi ilə göz qamaşdıran partiya sədri FOTO

İsveçin siyasi arenasında maraq doğurucu hadisə baş verib. SİA xəbər verir ki, müxalifətdə olan Xrsitian Demokrat Partiyasına 2004-cü ildən başlayaraq liderlik edən Gyoran Hyaqqlund istefaya gedib. Onun yerini isə skandinaviyasayağı gözəlliyi ilə göz qamaşdıran 28 yaşlı Ebba Busç Tyor tutub. Bu barədə qərar partiyanın konqresində keçirilən sədr seçkilərindən sonra verilib.

Gənc partiya sədri həm də İsveç parlamentində təmsil olunur. O iddia edib ki, ən yaxın zamanlarda onun partiyası iqtidara yiyələnməklə, isveçə yeni nəfəs gətirəcək. Yeni partiya sədri Uppsala Universitetinin sosial elmlər fakültəsinin məzunudur. Tyir Xristian Demokrat Partiyasına 2006-cı ildən – 19 yaşından üzv yazılıb. O, 9 il sonra həmin partiyaya sədr seçiləcəyini ağlına belə gətirmədiyini etiraf edib.

Qeyd edək ki, partiyanı ölkənin 349 yerlik parlamentində 16 deputatı təmsil edir. Avropa Prlamentində isə XDP 1 deputat yerinə malikdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə