Məhəmməd Mürsi azadlıqda FOTO

2013-cü ildə qiyam nəticəsində prezidentlik kürsüsündən devrilərək, ali postundan uzaqlaşdırılan və sonradan həbs edilən Misirin sabiq prezidenti Məhəmməd Mürsi ölkənin ədalət nazirliyi tərəfindən verilən xüsusi icazə ilə 1 günlük azadlığa buraxılıb. SİA xəbər verir ki, bu barədə "haberturk.com" saytı məlumat verir. Belə ki, eks-prezidentin 1 günlük azadlığa buraxılmasının səbəbi onun xəstəxanada müalicə alan anasını ziyarət etmək istəməsi olub.

Qeyd olunur ki, Mursi həbs ediləndən sonra ilk dəfə xüsusi icazə nəticəsində 1 günlük də olsa azadlığa çıxmaq imkanı əldə edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə