Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "erməni soyqırımının" 100 illiyi ilə bağlı xüsusi bəyanatı pisləyib. SİA -nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o, bu barədə Rusiyanın Dövlət Dumasının bugünkü iclasında deyib.
"Bu bəyanat nəyə həsr olunur? Kimsə deyir ki, bu başsağlığıdır. Ancaq başsağlığı fiziki şəxsin ölümü zamanı verilir. Dəfnə gedəndə başsağlığı verərsiniz. Burada isə söhbət 100 il əvvəl baş vermiş hadisədən gedir" - deyə, Jirinovski bildirib.
Ermənistanın qardaş dövlət olması barədə sözlərə də münasibət bildirən Vladimir Jirinovski söyləyib ki, qardaş dövlət və xalq olmur: "Qardaş Ermənistan haqqında yazmağa da əsas görmürəm. Qardaş dövlət və xalq olmur. Ukraynanın nümunəsində biz bunu görürük. Ruslar və ukraynalılar nəinki qardaş olmadılar, hətta düşmənə çevrildilər. 1991-ci ildə rusları Ermənistandan qovudular. Bu gün Ermənistan ən monoetnik respublikadır. Hər yerdə ruslar və digər xalqların nümayəndələri var. Ermənistanda isə yoxdur. Bu səbəbdən də burada "qardaş Ermənistan" haqda danışmağa da gərək yoxdur. Mən əminəm ki, Ermənistana qonşularından təhdid olmasaydı, bizim onlarla heç vaxt yaxşı münasibətlərimiz olmazdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB