Türkiyə mətbuatında baş verən olay ölkə ictimaiyyətini və media qurumlarının hiddətinə səbəb olub. SİA "takvim.com.tr" saytına istinadən xəbər verir ki, qondarma "erməni soyqırımı"nın "100-cü ildönümü"ndə "Cümhuriyet" qəzeti həmin hadisələri tanıyan məqalə ilə çıxış edib və onu manşetinə çıxarıb.
"Takvim" yazır ki, "Cümhuriyet" qəzeti "1915-ci il hadisələrinin 100-cü ildönümündə erməni dilində verdiyi manşeti ilə sanki "soyqırımı" iddiasını qəbul etdi: "Çanaqqala Zəfərinə sadəcə bir neçə cümlə ilə fikir bildirən "Cümhuriyet" qəzeti bu çirkin xəbərlərə imza atarkən, çirkin keçmişini unudur!"
Daha sonra "Cümhuriyet" qəzetinin keçmişinə toxunularaq, həmin qəzetin Osmanlı İmperiyası zamanı erməni mətbəəsi olduğu barədə faktlar qeyd olunub. Adıçəkilən qəzetin qurucusu olmuş Yunus Nadinin ermənilərin mətbəə dəzgahlarını oğurlaması, həm də qəzetin çapı üçün dövlətdən pul alması barədə önə sürülən faktlarda o da qeyd olunub ki, nəticədə Osmanlı zamanında ən böyük erməni mətbəəsi olan bir qurum bir günün içində "Cümhuriyet" qəzetinə çevrildi.
Qeyd edək ki, həm də Fətullah Gülənlə əlaqədə ittiham edilən "Cümhuriyet" qəzetinin bugünkü sayında qondarma "erməni soyqırımı"nı ermənicə təbliğ edən və türkcə başlıqlı "Bir daha əsla" yazısı dərc edilib. Bildirilir ki, bu addım həm də dövlətçiliyə qarşı atılmış bağışlanmaz xəyanətkarlıqdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB