"Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən 2-nin aprelin 24-də uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirə qatılması heç də regionda sülhün bərqərar olunmasına, ədalətin dünyanı yeganə idarə edən meyar olmasına xidmət etmir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilərin uzun illər soyqırımı ilə bağlı yaydıqları yalanlar artıq dünya tərəfindən ifşa olunmağa başlayır: "Dünyanın nüfuzlu ölkələrindən 2-nin dövlət rəhbərinin sözügedən "tədbirdə" iştirakı sonradan onlarla Türkiyə arasında müəyyən problemlərin yaranmasına səbəb olacaq. Buna görə də onların bu iştirakı bu gün çox ciddi və hətta deyərdim ki, narazılıq dolu müzakirələrdən ibarətdir. Onların Dağlıq Qarabağ məsələsindəki mövqeyinə gəldikdə isə əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, işğal edilmiş torpağa hansısa bir hüququ status verilməsinin əleyhinə olması müsbət amildir. Ancaq torpaqları işğal edən Ermənistana xüsusi önəm verərək onun uydurduğu bir məsələyə dair beynəlxalq tədbirdə iştirak etməsi heç də xoşagələn bir hal deyil. Görünür, bu məsələ ilə bağlı artıq diplomatik kanallarla xeyli müzakirələr aparmaq lazım gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB